“Maşın” şounun 16-cı sürəti davam edir.
 
RePost.Az-ın məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 
 
Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti bu dəfə Əli Mirəliyevi SMS səsverməsinə çıxarıblar. 
 
Əli Mirəliyev hədəfini açılamasa da, gün ərzində Ruhəngiz Musəvi ilə aralarında baş verən qalmaqala görə, onunla mübarizə aparacağı ehtimal edilir. Amma Əli Mirəliyev hələlik bu barədə konkret qərara gəlmədiyini bildirib. Bununla belə o hədəfinin xanımlardan biri olacağını bildirib.
 
Sakit başlayan mübarizə, verilişin sonuna yaxın gərginliklə davam etdi. Pərvin Abıyevanın yaşlı nəslin oxuduğunu anlaya bilmədiyini deməsi Əli Mirəliyevi özündən çıxardı. Pərvin Abıyeva özünün hədəf olduğunu bildirdi və bunu verilişin qrimçilərin də ona dediyini qeyd etdi. 
 
Amma Əli Mirəliyev xanımlarla mübarizədə məğlub oldu. Səs verənlərin 43,35 faizi onun qalmasına səsə verdi. Getsin deyənlər isə əksəriyyət təşkil etdi. Beləliklə maşın Əli Mirəliyev üçün əldən getdi.
 
Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 
 
1.Aytən Səfərova (aparıcı) 
2.Hüseyn Əzizoğlu (video blogger) 
3.Uran (reper) 
4.Rahidə Baxıçova (müğənni) 
5.Ruhəngiz Musəvi (müğənni) 
6.Pərvin Abıyeva (aktrisa) 
7.Abbas Bağırov (müğənni) 
8.Roza Zərgərli (müğənni)
 
Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva isə Aytənlə mübarizədən məğlub ayrıldı.
 
RePost.Az


Baxış sayı: 4378 | Tarix: 08.06.2018
Bizi Telegramda izləyin: @repostaz