Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.
 
RePost.Az xəbər verir ki, hadisə rayonun Sımada kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, pambıq tarlasında işləyən 25 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.
 
İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Onlardan bir neçəsi  bakıya göndərilib.
 
Səhiyyə Nazirliyindən RePost.Az-a verilən məlumata görə, Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır. Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi isə öz istəyi ilə evə buraxılıb: “Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar”, - məlumatda bildirilib.
 
RePost.Az

Baxış sayı: 3846 | Tarix: 11.06.2018
Bizi Telegramda izləyin: @repostaz