Azərbaycanda hamilə müəllimələr sertifikasiyadan keçirilməyəcəklər.
 
RePost.Az-ın məlumatına görə,  Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi qəbul edilib.
 
Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.
 
Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir.
 
İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.
 
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
 
RePost.Az

Baxış sayı: 3884 | Tarix: 12.06.2018
Bizi Telegramda izləyin: @repostaz