“Azərbaycanda məktəbəqədər təhsillə, xüsusilə uşaq bağçalarındakı vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir”.
 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputat Fazil Mustafanın ötən gün Bakıdakı uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara fiziki təzyiq göstərməsi barədə fikirlərinə cavab olaraq bildirib.
 
MM sədri deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var: “Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.
 
F. Mustafa çıxışında Yaponiyada uşaq bağçalarında qadınlara tərbiyəçiliyinin qadağan edildiyini, əvəzində kişilərin bu işə cəlb olunduğunu nümunə gətirərək, Azərbaycanda da buna oxşar sosial eksperimentin keçirilməsini təklif edib.
 
RePost.Az

Baxış sayı: 4283 | Tarix: 12.06.2018
Bizi Telegramda izləyin: @repostaz