ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Kərim Abbasov olub.
 
Müğənni son günlər gündəmdən düşməyən, sosial şəbəkələrin mövzu qaynağı olan, polis bölməsində onun barəsində nalayiq fikir bildirənlərə, üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması məsələsinə aydınlıq gətirib.
 
Efirdə qurana əl basan Kərim, hər şeyi necə var elə də danışdığını bildirib: 
 
“Qonşu kanalların birində rəqs etdim və bunu paylaşdım. 280 şərh gəldi mənim rəqsimə hamı əla və qəşəng yazdı. Biri götürdü yazdı ki, “o belə-belə olmuşu tutsam, belə edəcəm”. Mən onun yazdıqlarını “skrin” edib götürdüm, mesaj bölməsinə nömrəmi yazdım və dedim ki, bu nömrəyə zəng et. Deyirsən ki, belə etmək isdiyirsən də, gəl bir üzümə de. Daha sonra profil dəyişdi, bu yoxa çıxdı. Mən götürdüm “İnstagram”a qoydum və qeyd etdim ki, bu adam məni təhqir edib, mən polisə şikayət edəcəm. Daha sonra həmin şəxsin dostu məni təhqir edənlə əlbir olub, başladı kompaniya şəklində ağzına gələni yazmağa. Hətta mənə simpatiyası olan xanımların da anasını-bacısını da söyürdülər. Mən 102-ə müraciət etdim və ərizə yazdım. Polis bölməsindən zəng gəldi ki, bunlar səhər saat 9-dan gəliblər ki, sizdən üzr istəsinlər. Dedim ki, mənə üzrləri lazım deyil. Onsuz da mən məhkəməyə versəm xüsusi ittiham və mülki işlə belə də məndən üzr istəyəcəklər. And olsun Allaha, əgər mən yalan deyirəmsə, heç sağ-salamat çıxmayım. Vasif Qəhrəmanovun 70 yaşındakı atası dedi ki, oğlum necə sənin şərəf və ləyaqətini alçadıbsa, qoy səndən üzr istəsin, sən də çək onun görüntüsünü paylaş. Atasının xahişindən sonra mən dedim ki, əgər polisim orda oturubsa mən ancaq elə çəkə bilərəm. İndi həmin şəxslər yenə təhqir və söyüşlər yazmağa başlayıblar. Vasif və Mahir. Mən sizə xüsusi ittiham və mülki iş açdıracam. Qoy artıq bu belə həll olunsun”.
 
RePost.Az


Baxış sayı: 4910 | Tarix: 14.06.2018
Bizi Telegramda izləyin: @repostaz