İstirahət günlərinin hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
RePost.Az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iyunun 15-i gündüz Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
İyunun 16-sı səhər və gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı gözlənilir.
İyunun17-si gündüzdən artıq əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli daşqın keçəcəyi ehtimalı var. Havanın temperaturu iyunun 15-16-da dağətəyi rayonlarda 25-30 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə isti təşkil edəcək, sonrakı günlərdə temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 15-16-da əsasən yağmursuz hava, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında iyunun 15-16-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin iyunun 17-si gündüzdən 19-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 31-36, iyunun 17-19-da 27-30 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da iyunun 15-17-də arabir yağış, şimşək çaxacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, yaxın iki gündə mülayim cənub küləyi üstünlük təşkil edəcək. İyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
RePost.Az