Bakı şəhərinin Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az lent.az-a istinadən xəbər verir ki, “Xəzər” universitetinin qarşısında “Mercedes S Class” markalı, 90 KL 506 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb.
 
İlkin araşdırma zamanı məlum olub ki, qəza Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 509 dövlət qeydiyyat nişanlı “BMW”nin “Mercedes”i təqib etməsindən sonra baş verib. Belə ki, DYP əməkdaşı 14 yaşlı Samir Səfərovun (ad şərtidir) avtomobil idarə etdiyini görərək onu təqib edib. 
 
Həyəcanlanan uşaq uzaqlaşmaq istəyərkən qəza törədib. Avtomobilin sahibi, qəzada yaralanan yeniyetmənin atası Vüqar Səfərov bildirib ki, yol polisinin onun oğlunun sürdüyü maşını təqib etməyə hər hansı əsası olmayıb: “Maşının üzərində həbs və ya ödənilməmiş cərimə yoxdur. Əgər uşaq qəzada xəsarət almayıb ölsəydi, necə olacaqdı? Bu barədə nazirliyə də müraciət etmişəm, xahiş edirəm bu kimi hallara son qoyulsun”. 
 
Qeyd edək ki, uşaq atasından icazəsiz avtomobili idarə edirmiş.
 
RePost.Az


Baxış sayı: 4131 | Tarix: 20.06.2018
Bizi Telegramda izləyin: @repostaz