İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
RePost.Az-ın məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 9:00-da çatacaq.
Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq.
Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.
"Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar", - deyə məlumatda vurğulanıb.
RePost.Az