Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.
 
RePost.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.
 
RePost.Az

Baxış sayı: 4815 | Tarix: 25.06.2018
Bizi Telegramda izləyin: @repostaz