Tovuz rayonunun Əlimərdanlı kəndində yeniyetmə intihar edib.
RePost.Az-ın məlumatına görə, Oxu.Az hadisənin təfərrüatı ilə bağlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədovla əlaqə saxlayıb.
Ş.Əhmədov bildirib ki, mərhum intihara meyilli olmayıb:
“Atası deyir ki, oğlu son zamanlar telefona yüklədiyi oyunla (“Mavi balina”) çox oynayıb.
Onun fikrincə, mərhum oyuna görə özünü öldürüb. Ailəsi problemsiz ailədir. Ailədə iki uşaq olublar. Heydər Yusifov bu il səkkizinci sinfi bitirib. Onun cəsədini anası həyətlərindən tapılıb”.
Qeyd edək ki, Tovuz rayonunun Əlimərdanlı kənd sakini 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
RePost.Az