Sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
"Azərsu" ASC-dən RePost.Az-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
 
İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.
 
RePost.Az

Baxış sayı: 3523 | Tarix: 27.06.2018
Bizi Telegramda izləyin: @repostaz