Xüsusi təyinatlı qatardan məhbusların qaçması ilə bağlı həbs edilən müğənni Fədayə Laçının və digərlərinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
 
RePost.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Vilayət Nadirov məlumat verib.
 
O bildirib ki, artıq tərəflər cinayət işi materialları ilə tanış olub, iş yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
 
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
 
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
 
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.
 
RePost.Az

Baxış sayı: 4131 | Tarix: 28.06.2018
Bizi Telegramda izləyin: @repostaz