Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.
 
Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.
 
Məlumata görə, ər və arvad dörd il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.
 
Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
 
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4150 | Tarix: 29.06.2018
Bizi Telegramda izləyin: @repostaz