Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.
 
RePost.Az-ın məlumatına görə, yanğın meydançanın quru otluq sahəsindən başlayıb. Nəticədə cərimə meydançasında saxlanılan 50-dən çox avtomobil yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. 
 
Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlar olub. 
 
RePost.Az
 
 

Baxış sayı: 3979 | Tarix: 29.06.2018
Bizi Telegramda izləyin: @repostaz