Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında” sərəncam imzalayıb.
RePost.Az-ın məlumatına görə, sərəncama əsasən təltif olunanlar arasında daxili işlər naziri Ramil Usubov və oğlu, polis general-mayoru Emil Usubov da var.
Belə ki, prezidentin sərəncamı ilə Ramil Usubov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, oğlu Emil Usubov isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RePost.Az