Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Kürdəmir və Abşeron rayon şöbələrinin müdiri işdən çıxarılıb.
 
RePost.Az-ın report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İlkin İbadulla oğlu İbrahimov DSMF-nin Kürdəmir rayon şöbəsinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq həmin qurumun sosial mavinət sektorunun müdiri Hamil Hidayətova tapşırılıb.
 
Bundan başqa, DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımov vəzifəsindən azad edilib və onun yerinə İlkin İbrahimov təyin olunub.
 
Qeyd edək ki, bundan əvvəl DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib və onların yerinə müvəqqəti təyinatlar olub.
 
RePost.Az

Baxış sayı: 5556 | Tarix: 30.06.2018
Bizi Telegramda izləyin: @repostaz