Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə
RePost.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu Hüseyin Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
RePost.Az