Bu gün Gəncədə ana ölümü baş verib.
RePost.az- ın əldə etdiyi məlumata görə, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın ginekologiya şöbəsində ölüm hadisəsi qeydə alınıb.
Goranboy rayonunun Yolqullar kənd sakini 1988-ci il təvəllüdlü Aslanova Gülşən abort zamanı narkozdan dünyasını dəyişib. Qeyd edək ki, G.Aslanova 2 uşaq anasıdır.
Faktla bağlı araşdırma aparılır.
RePost.az