İnsanları güllələyən şəxslə bağlantısı olduğu ehtimal edilən 3 ailə tutuldu
 
 Türk polisi Yeni il gecəsi "Reina" gecə klubunda qətliam törədərək 39 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı əməliyyatlara davam edir. RePost.az-ın "Hürriyət"ə istinadla verdiyi məlumata görə, İzmir terrorla mübarizə və kəşfiyyat idarəsi əməkdaşları qətliamı törədən şəxslə bağlantısı olduğu ehtimal edilən evlərə basqın edib. Terrorçu ilə bağlantı ehtimalı olduğu 3 ailənin üzvləri saxlanılıb. Saxlanılanlardan 11-i qadın, 9-u kişi, 20-i isə uşaq olub. 
 
Məlumata görə, İŞİD terorrorçularına qarşı kəşfiyyat  məlumatı nəticəsində saxlanılanlar Mərkəzi Asiya və Şimali Afrika ölkələrindəndirlər.
 
Onların qaldıqları evlərdən çoxu saxta olan 41 ölkəyə aid pasportlar, mobil telefonlar, GPS cihazı, gecə görünüşünü təmin edən qurğu, snayper silahının nişangahı və s. əşyalar aşkar edilib. Polis şübhəlilərin evlərindən tapılanların fotolarını da yayıb. Onların arasında Azərbaycana məxsus ümumvətəndaş pasportları da olub. 
 
Əcnəbilərin Konyadan izmirə gəldikləri, şübhə çəkməmək üçün ailələri ilə birlikdə ev kirayədikləri açıqlanıb. İndi onların "Reina" terroru ilə əlaqələrinin olub-olmadığı araşdırılır.
 
RePost.az
 

Baxış sayı: 3428 | Tarix: 05.01.2017
Bizi Telegramda izləyin: @repostaz