Məşhur kriminal avtoritet "Rövşən Lənkəranski”nin qətli ilə bağlı yeni nüanslar ortaya çıxıb.
 
RePost.Az Virtualaz-a istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə "Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdiklərini” deyib. "Rəşad Gənsinski” bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.
 
Cambulat Şamiloğlunun güllələnməsi işinin istintaqının gedişi zamanı müəyyən olunub ki, bu işi Canıyevin qruplaşmasından olan iki killer həyata keçirib. Habelə məlum olub ki, Cambulatın öldürülməsi əmrini onunla münaqişədə olan Lənkəranski şəxsən verib.
 
Xatırladaq ki, Lənkəranski ötən il avqustun 18-də İstanbulda güllələnib. Kriminal avtoritetin qətlinə dair ortaya çıxan yeni nüanslar barədə daha ətraflı az sonra saytda məlumat yerləşdiriləcək.
 
RePost.Az

Baxış sayı: 3675 | Tarix: 05.01.2017
Bizi Telegramda izləyin: @repostaz