Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadalarının səyi nəticəsində Ağsu rayonunda taxıl sahəsində baş vermiş yanğın lokallaşdırılıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə “Azərenerji”nin məlumatında bildirilib.
 
Məlumata görə, artıq Bakı şəhərinə elektrik enerjisi verilişi tam təmin  edilib.
 
“Hazırda digər bölgələrin də elektrik enerjisi ilə təchizatı istiqamətində iş aparılır” deyə, məlumatda bildirilir.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bu gün Yevlax və Ağsu rayonlarında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində baş vermiş yanğı yaxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmadan qarşısı alınıb.
 
Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidəki yanğın isə lokallaşdırılıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 3542 | Tarix: 12.07.2018
Bizi Telegramda izləyin: @repostaz