Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.
 
Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb.
 
Ağdam Mexaniki Suvarma idarəsinin rəisi Hafiz Əzimzadə  APA-nın Qarabağ bürosuna  bildirib ki, ermənilər 2 saat idarənin işçilərini atəş altında saxlayıb: “Bu gün təmir briqadası rayonun Çıraqlı ərazisində 735 saylı subartezian quyusunda təmir işləri apararkən ermənilərin atəşinə məruz qalıb.
 
Atəş nəticəsində xəsarət alan olmasa da, iş prosesi pozuldu,  gərginlik oldu. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət olundu. İki saatdan sonra vəziyyət sakitləşdi və biz təmiri başa vura bildik. İçməli su, istərsə də təsərrüfat suyu ilə bağlı əhalinin problemi həll olundu”.
 
RePost.Az

Baxış sayı: 3637 | Tarix: 17.07.2018
Bizi Telegramda izləyin: @repostaz