Paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC qəfəsdən kənarda olan ev heyvanlarının, eləcə də içkili sərnişinlərin avtobuslarına daxil olmasını qadağan edib.
 
RePost.Az xəbər verir ki, bu barədə şirkətin direktor müavini Azər Qasımov bildirib.
 
"Bu Nazirlər Kabinetinin əsasnaməsində də öz əksini tapıb. Biz sürücülərimizə tapşırmışıq ki, qanunlara uyğun olaraq sərxoş halda olan sərnişinləri avtobusa götürməsinlər. Çünki vəziyyətlə əlaqədar onlar müəyyən narahatlıq yaradır ki, bu da avtobuslararası intervala təsir edir", - deyə Azər Qasımov vurğulayıb.
 
RePost.Az

Baxış sayı: 3713 | Tarix: 20.07.2018
Bizi Telegramda izləyin: @repostaz