Ermənistanın yalançı generallarının Mingəçevir SES-ə mümkün zərbələrlə bağlı gülüş doğuran açıqlamaları populistik xarakter daşıyır.
 
RePost.Az-ın məlumatlına görə, bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
 
Onun sözlərinə görə, birincisi, Azərbaycan hava hücumundan müdafiə sistemləri nəinki Qafqazda, eləcə də, Avropada ən güclülərdən biri sayılır.
 
“Hətta əgər nəzəri cəhətdən təsəvvür etsək ki, separatçılar Mingəçevir SES istiqamətində raket buraxsa, o bir neçə saniyə sonra məhv ediləcək. Bu cəfəngiyyatı demək üçün nə qədər axmaq olmaq lazımdır.
 
Yeravanda hamı bilir ki, bu, mümkün deyil. Nəticələrini bildiyi üçün onlar hətta Azərbaycan tərəfinə raket maketi də buraxa bilməzlər”, – müsahibimiz bildirib.
 
O əlavə edib ki, əgər Mingəçevir SES Rixter şkalası üzrə 10-11 bal zəlzələyə tab gətirə bilirsə, separatçılarda olan “raketciklər” barəsində nə demək olar.
 
“Hətta SSRİ dövründə bu su hövzəsi hava hücumundan müdafiə sistemləri tərəfindən qorunurdu. Azərbaycan müstəqil olduqdan sonra strateji obyektin yaxınlığına yeni müdafiə sistemləri yerləşdirilib”, – ekspert deyib.
 
Xatırladaq ki, Qarabağ separatçılarının komandiri, general-leytenant Levon Mnatsakanyan Mingəçevir SES-in hədəf kimi erməni ordusunun taktiki planına daxil edildiyini bildirib.
 
RePost.Az

Baxış sayı: 4093 | Tarix: 24.07.2018
Bizi Telegramda izləyin: @repostaz