Azərbaycanda pullu yolların texniki cəhətlərini müəyyən edən qərar təsdiq edilib.
Xezerxeber.az-ın məlumatına görə, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması müəyyən edilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Nazirlər Kabinetinin son qərarında göstərilir ki, ödənişli yolun mövcudluğu barədə əhaliyə məlumat verilməlidir. Həmin yolun girişində lövhələr qoyulmalıdır. Daha sonra orda xüsusi texniki vasitlər olmalıdır ki, həm yerində, həm də başqa vasitələrlə ödəniş etmək mümkün olsun.
O əlavə edib ki, hansısa yolun ödənişli elan edilməsi ilə bağlı qərar ölkə başçısı tərəfindən verilir və Tarif Şurası tərəfindən həmin yol üçün alınacaq rüsum müəyyən edilir. Amma bunun olması üçün qanunvericilikdə iki əsas şərt var ki, ölkəmizdə də bu şərtlərə cavab verən yol yoxdur.
Bundan başqa, ekspertin sözlərinə görə, dünya təcrübəsində yolun hər kilometri üçün təyin edilən ödənişin məbləği elə də böyük olmur və hər kəs oradan rahat şəkildə istifadə edə bilir.