Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son günlər bəzi sürücü və sərnişinlər tərəfindən dəb halını almış, sosial şəbəkələrdə yayılmış videolara reaksiya verib. 
 
RePost.Az-ın məlumatına görə, söhbət avtomobil hərəkətdə olan zaman maşından düşüb yolun ortasında oynayan və video çəkərək sosial şəbəkələrdə paylaşanlardan gedir. Bu tendensiya daha çox xarici ölkələrdə yayılsa da, ölkəmizdə də analoji hallar az deyil. 
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər və sərnişinlər bu cür hallara qəti yol verməsinlər. Bu cür hərəkətlər heç də yaxşı nəticələnmir, hətta ağır faciələrə yol açır. Qəflətən yol nəqliyyat hadisələri baş verir, yaxud həmin sürücü və sərnişinlər maşınlar tərəfindən vurulur. 
 
V.Əsədov sürücülərə və sərnişinlərə xəbərdarlıq da edib. Bildirib ki, xüsusilə sürücülər burada məsuliyyət daşıyır: "Özlərini və yanında daşıdığı sərnişini təhlükəyə atmamaq üçün bu cür hallara yol verməməlidirlər. Əks halda ölüm və həbslə nəticələnən hadisələr qaçılmazdır”.
 
RePost.Az

Baxış sayı: 3276 | Tarix: 01.08.2018
Bizi Telegramda izləyin: @repostaz