Bu gün ölkənin bəzi ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən
RePost.Az-a verilən məlumata görə, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
RePost.Az