Meksikanın paytaxtı Mexikoda Beynəlxalq Robot Olimpiadasının açılış mərasimi keçirilib.
 
RePost.Az-ın məlumatlına görə, Olimpiadada dünyanın onlarla ölkəsindən 100-dən çox məktəbli iştirak edir. Azərbaycanı isə yarışmada 11-ci sinif şagirdi Əli Tağıyev təmsil edir. 
 
Xatırladaq ki, Əli Tağıyev keçmiş millət vəkili Baba Tağıyevin oğludur.
 
Qeyd edək ki, bu olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, onlarda robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.
 
RePost.Az
 

Baxış sayı: 3238 | Tarix: 16.08.2018
Bizi Telegramda izləyin: @repostaz