Avqustun 24-də, axşam saat 23:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Göyçay şəhər ərazisindən keçən 2-ci kilometrində dörd nəfərin ölümü, yeddi nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az-ın məlumatına görə, Rayonun Cəyirli kənd sakini 1989-cu il təvəllüdlü Abdullayev Aqşin Arzu oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 99-BU-098 dövlət nömrə nişanlı avtomobillə Çayarxı kənd sakini, 1968-ci il təvəllüdlü Əhmədov Ənvər İlyas oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 23-BD-123 dövlət nömrə nişanlı avtomobil toqquşub.
 
Nəticədə “VAZ 2106” markalı avtomaşının sürücüsü Ə.Əhmədov, sərnişinlər rayonun Çayarxı kənd sakinləri - 1984-cü il təvəllüdlü Salmanov Ramin Azər oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Gülnar Nağı qızı, 2010-cu il təvəllüdlü Salmanov Azər Nağı oğlu aldıqları xəsarətdən dünyasını dəyişiblər.
 
Digər sərnişinlər - Çayarxı kənd sakinləri 1993-cu il təvəllüdlü Salmanova Aygün Ənvər qızı, 2010-cu il təvəllüdlü Salmanova Həcər Ramil qızı, 2015-ci il təvəllüdlü Salmanov Ülvi Ümid oğlu, 1963-cü il təvəllüdlü Salmanova Qənimət Usub qızı, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü A.Abdullayev, digər sərnişinlər Cəyirli kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Ülvi Xalid oğlu, 1989-cu il təvəllüdlü Cahangirov Məzahir Qədir oğlu müxtəlif dərəcəli xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
 
Rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov bildirib ki, yaralılardan ikisi ilkin tibbi müayinədən sonra evlərinə buraxılıb, biri kəllə-beyin travması, biri isə bud sümüyünün açıq sınığı ilə Bakı şəhərinə göndərilib, üç nəfər isə həkim nəzarəti altındadır.
 
Məlumata görə, qəzada ölən şəxslər toydan qayıdırmışlar.
 
RePost.Az

Baxış sayı: 5727 | Tarix: 25.08.2018
Bizi Telegramda izləyin: @repostaz