Azərbaycanda fəaliyyət göstərən Luk Oil yanacaq doldirma məntəqələrində sürücüləri aldadırlar. 

RePost.Az-ın araşdırmasına görə, Luk Oil YDM-lərdə hər 10 litr yanacağa görə müştəridən ən azı 0,5 litr yanacaq kəsilir.  Əməkdaşımız bunun Bakınov qəsəbəsindəki  Luk Olil-ə məxsus YDM-də şəxsən şahidi olub. Belə ki, əməkdaşımız hər biri 31,5 litr tutumu olan iki çən dizel yanacağı alıb. Çənlərdəki yanacağın həcmi 63 litr olmalı halda tam dolmasa da, hər bir çənə 33 litr yanacaq vurulub. Əməkdçaımız bunun səbəbini soruşduqda YDM operatoru yanacağın köpüklü olması ilə izah edib.  Guya təzyiqlə vurularkən köpük əmələ gəldiyindən yanacağın miqdarı sayğacda artıq görünür. Nəticədə isə müştərilər aldadılır, YDM-lər isə fırıldaqçılıqla əlavə gəlir əldə edirlər. 

Luk Oil-in Bakı ofisinin qaynar xəttindən hadisənin araşdırılaraq məlumat veriləcəyini bildiriblər. 

RePost.Az

 


Baxış sayı: 4359 | Tarix: 27.08.2018
Bizi Telegramda izləyin: @repostaz