Azərbaycanın Lerik rayonunda bir neçə saatlıq fasiləl\ərlə üç dəfə zəlzələ baş verib. 
 
RePost.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla 13:00:03-də qeydə alınıb. 10 km dərinlikdə qeydə alınan yeraltı təkanların maqnitudası 3.2 bal olub. İkinci zəlzəılə isə 16:57-də hiss olunub. Bu dəfə isə yeraltı təkanlar daha güclü olub - 5 bal. ümüncü təkanlar isə 17:04-də Lənkəran stansiyasından 12 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 
 
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, hazırda rayon Fövqəladə hallar komissiyası yerlərdə araşdırma aparır:
 
"Kəndlərdəki tikililərdə çatların yaranması barədə məlumatlar daxil olub. Amma komissiya hələ bu barədə dəqiq məlumat verməyib. Bəzi köhnə tikililərə ciddi ziyan dəydiyi bildirilir. Araşdırmalar davam etdirilir".
 
H.Məlikov bildirib ki, hadisə nəticəsində hər hansı bir tikilinin dağılması barədə məlumat yoxdur.
 
RePost.Az

Baxış sayı: 4568 | Tarix: 28.08.2018
Bizi Telegramda izləyin: @repostaz