Ötən gün avqustun 29-da Cəlilabad rayonunun Qarazəncir kəndində ana və qızı Əsgərova Firuzə Mahmud qızı və Əsgərova Sənubər Ağahüseyn qızı yaşadıqları evdə qətlə yetiriliblər.
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, dəhşətli qətlin qisas zəminində törədildiyi iddia olunur.
Belə ki, ana və qızını qətlə yetirdiyi ehtimal olunan “Cıkma” ləqəbli Yaşarla ailənin mərhum oğlu Oktay Əsgərov arasında əvəllər mübahisə olub və Yaşar onu bıçaqlayaraq yaralayıb.
Yaşar Oktayın şikayəti ilə tutularaq, azadlıqdan məhrum edilib və həbsdən çıxdıqdan sonra Oktayı öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı vaxt Oktay vərəm xəstəliyindən vəfat edib.
Yaşar Bayramov isə qisasını ailəsindən almaq qərarına gəlib. Oktayın anası, 86 yaşlı Firuzə Əsgərovanın evinə gələn Yaşar qadınla mübahisə edib. Daha sonra Firuzənin qızı Sənubər Əsgərovaya təcavüz edən Yaşar sonuncunu yaylıqla boğaraq öldürüb. Evin arxasında F.Əsgərovanın başını kəsib və tövləyə qədər sürüyərək aparıb.
Qeyd olunur ki, “Cıkma” bundan əvvəl iki dəfə azadlıqdan məhrum edilib. 10 il əvvəl öz nənəsinin evindən oğurluq edib və həbs olunub. Daha sonra Oktayı bıçaqladığı üçün tutulub. Bir il əvvəl isə icbari işlə həbsdən buraxılıb.
Firuzə Əsgərova Ağahüseyn Əsgərovun ikinci həyat yoldaşıdır. Onların üç uşağı var. Niyaz 10 il, Oktay bir il əvvəl, 2017-ci ildə vərəmdən vəfat ediblər.
RePost.Az