Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarı saat 18:00-da da sanitar normadan yuxarı olub.
Nazirliyin mətbuat xidmətindən
RePost.Az-a bildiriblər ki, son göstərici normanı 1,8-2,0 dəfə ötüb.
Qeyd edək ki, tozun miqdarı saat 15:00-da sanitar normadan 1,6 dəfə çox olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.
RePost.Az