Xəbər verdiyimiz kimi Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.
 
RePost.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinn mətbuat xidmətinin Quba rayonunda yerləşən regional qrupundan məlumat verilib.
Verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.
 
Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
 
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.
 
Əməliyyatın görüntülərini yayıb. Həmin videonu təqdim edirik:
 
RePost.Az

Baxış sayı: 4055 | Tarix: 03.09.2018
Bizi Telegramda izləyin: @repostaz