Bu gündən başlayaraq 3 gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri aparılacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
 
RePost.Az

Baxış sayı: 4036 | Tarix: 03.09.2018
Bizi Telegramda izləyin: @repostaz