Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı beş gün müddətində dayandırılacaq.
 
Bu barədə RePost.Az-a “Azəriqaz”dan bildirilib.
 
Məlumata görə, sentyabrın 11-15-də (beş gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq.
 
Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla, bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 10.09.2018
Bizi Telegramda izləyin: @repostaz