Bakıda xoşagəlməz hadisə baş verib.
 
RePost.Az “media.az”a istinadən xəbər verir ki, qadın zorlanmaya məruz qalmamaq üçün özünü üçüncü mərtəbədən atıb.
 
Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.
 
1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib. 
Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.
 
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
 
Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 
RePost.Az

Baxış sayı: 3656 | Tarix: 11.09.2018
Bizi Telegramda izləyin: @repostaz