"Manatı qoruyub saxlamaq mümkün deyil. Manat nə qədər ucuzlaşacaqsa, bu, doğru olacaq. Axırda gəlib öz yerini tutacaq. Bu, düzgündür".

RePost.Az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, bank sektoru bu gün heç kimə kredit vermir: "Bu, ciddi problemdir".

Qiymət artımına gəlincə, deputat deyib ki, bu ciddi problemlər yaradacaq: "Biz qiymət artımında nəyə nail olmaq istəyirik? Gəlirlərin artmasına? İşıq və qazın qiymətinin qalxması istər-istəməz məhsulların qiymətinə təsir edəcək və qalxacaq. Bu, ciddi problemlər yaradacaq. 2017-ci il Azərbaycan üçün çox ağır il olacaq. Azərbaycanda islahatları bir qədər çevik aparmaq lazımdır. Struktur islahatları mütləq aparılmalı, müəyyən nazirliklər ləğv edilməli, müəyyən nazirliklər birləşdirilməlidir. Rəqabət Məcəlləsini də biz qısa zamanda qəbul etməliyik", — V. Əhmədov qeyd edib.

RePost.Az


Baxış sayı: 3618 | Tarix: 01.12.2016
Bizi Telegramda izləyin: @repostaz