Qida Təhlükəsizliyi Agentliyi Abşeron rayonu, Masazır qəsəbəsində qanunsuz toyuq kəsimi ilə məşğul olan iki müəssisə aşkarlayıb.
REAL TV-nin məlumatına görə, onların fəaliyyəti məhdudlaşdırılıb.
Araşdırmanın nəticələrinə görə, müəssisələr 02.00-07.00 radələrində qanunsuz fəaliyyət göstərir və emal olunan toyuq əti müxtəlif ticarət şəbəkələrinə kənd toyuğu adı altında satılır.