RePost.Az-ın məlumatına görə, prospektdə hərəkətdə olan 99 MH 441 dövlət nömrə nişanlı Hyundai markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Artıq ölənlərdən üçünün şəxsiyyəti də dəqiqləşdirilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır”.
Xətai rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.