Müdriklərdən biri deyir ki, öləndə iki şeyə heyfsilənəcəyik, biri sevmədiymiz üçün, digər isə dünyaya səyahət etmədiyimiz üçün.
RePost.Az-ın məlumatına görə, bu misalı əməkdar artist Ədalət Şükürov GünAZTV-nin efirində yayımlanan “Baxmağa nə var” verilişində qonaq olarkən deyib. O eyni zamanda fəxr etdiyi məqamdan da danışıb.
Belə ki, Maldiv adalarına ilk səyahət edən azərbaycanlı turistin də o olduğunu iddia edib. “Bu səyahət, 1996-cı il, 31 dekabr tarixində baş tutub”, - deyə Ədalət Şükürov əlavə edib.
RePost.Az