Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətlik məhdudlaşdırılır.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən RePost.Az-a verilən məlumata görə, məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
 
RePost.Az

Baxış sayı: 5860 | Tarix: 29.09.2018
Bizi Telegramda izləyin: @repostaz