Tovuz rayonunun Qovlar şəhərindən bir gündə iki intihara cəhd hadisəsi baş verib. Nəticədə bir qadın ölüb, digəri isə polisləri tədirgin etməklə kifayətlənib.
RePost.Az xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə Tovuz rayonunun Qovlar şəhərində üç azyaşlı uşağın anası intihar edib.
Tovuz rayonunun hüquq-mühafizə orqanlarından sputnik.az-a verilən məlumata görə, 1990-cı il təvəllüdlü Həsənova Ülviyə Arif qızı intihar məqsədilə çoxlu dərman udub. O, qəbul etdiyi dərman preparatlarından zəhərlənmə nəticəsində ölüb. Hazırda Tovuz Rayon Prokurorluğu faktla bağlı araşdırma apararaq intiharın səbəblərini müəyyənləşdirir. Ehtimal olunur ki, intihara səbəb ailədaxili münaqişədir.\
Bununla yanaşı, Tovuz polisləri başqa bir gənc qadına intihar etməməsi üçün yalvararkən xeyli generji sərf etməli olublar. Belə ki, sentyabrın 30-da Qovlar şəhərində digər intihara cəhd olub. 1998-ci il təvəllüdlü Növruzova Gülay Sadiq qızı şəhər parkı yaxınlığındakı körpüyə çıxaraq özünü atmağa hazırlaşdığını bəyan edib. Hadisə yerinə gələn polis əməkdaşları qızın intihar cəhdinin qarşısını alıblar.
Profilaktik söhbətlər zamanı Novruzova etiraf edib ki, bu yolla ərini və onun doğmalarını yola gətirmək istəyib. Qadın intihar cəhdinin iki səbəbi olduğunu deyib.
Səbəblərdən biri budur ki, qızın qayınatası onu hicab geyinməyə məcbur edir. Lakin qadının hicab geyinmək niyyəti yoxdur. İkinci səbəb isə odur ki, Novruzovanın əri pul qazanmaq üçün Rusiyaya getmək istəyir. Qadın isə birmənalı olaraq ərinin Rusiyaya getməsini əleyhinədir. Beləliklə, məlum olub ki, Novruzovanın intihar cəhdi qohumlarının əleyhinə yönəlib.
RePost.Az