Metronun "Koroğlu" metro stansiyası yaxınlığındakı dayanacaqda taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə polis əməkdaşları arasında mübahisə yaşanıb.
RePost.Az-ın məlumatıbna görə, bu barədə hadisə yerində olan jurnalist Şahin Sərdarlı məlumat verib.
Taksi sürücüləri bildiriblər ki, bəzi polis əməkdaşları onların həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olmaqlarına imkan vermir, gün ərzində bir neçə dəfə protokol tərtib edirlər. Taksi sürücüləri arasında Qarabağ müharibəsi veteranı da var idi.
Əraziyə Post Patrul Xidmətinin (PPX) yüksək rütbəli əməkdaşları da gəliblər.
Məsələnin araşdırılması üçün taksi sürücüləri polis bölməsinə aparılıb
RePost.Az