Bakıda qadına qarşı daha bir ailə məişət zorakılığı yaşanıb.
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Səmayə Xəlilova (ad və soyad şərtidir) həyat yoldaşı tərəfindən döyülərək küçəyə atılıb.
 
Ailə münaqişəsinin yaranmasına səbəb ərin içki düşkünü olmasıdır. 
 
Belə ki, Kamran Xəlilov (ad və soyad şərtidir) xadimə işləyən Səmayədən qazandığı 75 manata ona viski almağı tələb edib. Qadın o pulu uşaqlarının təhsili üçün yığdığını deyərək ərinə etiraz edib. 
Arvadının rədd cavabından qəzəblənən ər onu döyüb və gecə yarısı evdən qovub.
 
Fiziki və mənəvi təcavüzə məruz qalan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına pənah aparıb. 
 
"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova Səmayənin Sığınacağa ilk gəlişi olmadığını deyir: "Bundan əvvəl də sığınacaqda uşaqları ilə birlikdə qalıb. Əri 2 dəfə içki içməyəcəyini söz verərək, qadını inandırıb və evə aparıb". 
 
RePost.Az

Baxış sayı: 4720 | Tarix: 15.10.2018
Bizi Telegramda izləyin: @repostaz