Bakının Səbail rayonunda Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb.
 
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
 
O bildirib ki, həmin ərazilər də nə vaxtsa sürüşə bilər: "Sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək. Sürüşmənin dərinlik müstəvisini tapmaq lazımdır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq. Biz bunun qarşısını almaq üçün iş görürük. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Ətraflarda tədqiqat aparılır, lakin üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir".
 
Q.Yetirmişli qeyd edib ki, ilkin məlumata görə, Badamdar ərazisində sürüşmənin dərinliyi aşağı hissədə 46 metrdir. Yuxarıda hansı dərinlikdə olması isə bilinmir:
 
"Sürüşmə zonasına Xəzərdə baş verən zəif təkanlar güclü təsir edə bilməz. Ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir. Bunları açıqlamırıq. Hər gün ən azı 5-10 belə təkan qeydə alınır".
 
RePost.Az

Baxış sayı: 3846 | Tarix: 19.10.2018
Bizi Telegramda izləyin: @repostaz