Abşeron rayonu, Xırdalan şəhərində yaşayan sakinlərdən biri istirahət üçün parka gedib. Oturmaq üçün skamyalardan birinə yaxınlaşan qadın dəhşətli mənzərə ilə qarşılaşıb.
 
RePost.Az femida.az-a istinadən xəbər verir ki, naməlum şəxs parkdakı skamyaların kənarlarına içi və uc hissəsi qanlı şprits başlıqları bərkidilib. Xanım başqa bir skamyada oturmaq istəyərkən yenə eyni mənzərə ilə qarşılaşıb. Təbii ki, bunun hansı məqsədlə edildiyi açıq-aşkar ortadadır: xəstəliyini başqasına keçirmək.
 
Adətən belə addımı QİÇS xəstələri atır. Hansı ki, narkomaniyaya qurşanmış bu şəxslər mütəmadi olaraq iynə vasitəsi ilə narkotikdən istifadə edirlər. Daha sonra iynələrin başlıqlarını çıxarır və skamyalara bu formada bərkidirlər. Nəticədə başqa bir şəxs burada oturan zaman iynə asanlıqla həmin şəxsə batır. İynənin qanlı olması xəstəliyin sağlam adama keçmə ehtimalını daha da artırır.
 
Psixoloji araşdırmalar nəticəsində də sübut olunub ki, belə xəstələr öz xəstəliyinin başqalarına keçməsində maraqlı olurlar.
 
Qeyd edək ki, bu cür addımı atan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Vəkil Ziya Bağırov Femida.az-a açıqlamasında bunu diqqətə çatdırıb:
 
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
 
Əziz vətəndaşlar, bu cür əməllər kütləvi şəkildə əhalini virusa yoluxdurmağa hesablanıb. Siz də istənilən mühitdə ehtiyatlı olun. Xüsusilə uşaqları parklarda və digər ictimai yerlərdə nəzarətsiz qoymayın. Bu cür hallarla qarşılaşdığınız zaman dərhal polisə məlumat verin.
 
RePost.Az

Baxış sayı: 4834 | Tarix: 09.11.2018
Bizi Telegramda izləyin: @repostaz