Bakıda uşaq valideynlər arasında baş verən münaqişədə alət kimi istifadə edilib.
RePost.Az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bakının Binəqədi qəsəbəsində baş vermiş hadisənin sübuta yetirilməsi insanlığın ölməsinin son həddi hesab oluna bilər.
Belə ki, noyabrın 18-də Binəqədi rayonunun 30 yaşlı sakini Sənəm (etik baxımdan adamın öz adını yazmırıq - red.) 4 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. O, əri Sadiqin 12 yaşlı qızlarını qeyri-ənənəvi üsulla zorladığını iddia edib.
Azyaşlı uşağın zorlanması çox ciddi faktdır və hüquq-mühafizə orqanlarının əməkdaşları bu qəbildən olan şikayətlərin ciddi surətdə araşdırılması, cinayəti törətmiş cinayətkarın məsuliyyətə cəlb olunması və cəzalandırılmasında prinsipiallıq nümayiş etdirirlər. Digər tərəfdən, düşüncəli insanın ağlına belə yerləşmir ki, ana necə övladından öz şəxsi maraqları üçün belə qəddarcasına istifadə edə bilər.
Lakin məlum olub ki, bəzi qadınlar bunu etməyə qadirdirlər.
İlkin araşdırma zamanı Binəqədi sakini olan qadının yalan danışdığı üzə çıxıb. Ərindən intiqam almaq istəyərkən, qadın onu öz qızını zorlamaqda ittiham edib. Məhkəmə-tibbi ekspertizanın gəldiyi ilkin qənaətə görə, qızın zorlanması barədə iddia həqiqəti əks etdirmir. Uşağın bədənində hər hansı zormala əlaməti aşkarlanmayıb.
O da məlum olub ki, qadın sözügedən qız uşağının ögey anasıdır. Uşağın doğma anası ayrı yaşayır. Hazırda hüquq-mühafizə orqanları ər və arvad arasındakı münaqişənin səbəblərini aydınlaşdırmağa çalışır.
Bu tarixçənin ən iyrənc tərəfi isə şikayətçi qadının öz maraqlarına azyaşlı uşağı alət etməsidir. Qadın bu iddianı irəli sürərkən balaca qızın psixikasını zədələdiyinin və ona bərpaolunmaz travma vurduğunun fərqində belə olmayıb.
RePost.Az