“İnstagram”da qızların satışı ilə məşğul olan şəxs peyda olub. O, qızların yaşları və qiymətlərini qeyd edir, şəkillərini paylaşır, müəyyən məbləğ qarşılığında görüş təşkil edir.
 
Cinsiyyəti bəlli olmayan həmin şəxs “Instagram” səhifəsindən çağırış edərək müxtəlif intim təkliflər edir, qızları satışa çıxarır. O, müxtəlif qiymətlərə həm görüntülü, həm də səsli intim danışıqları təklif edir. Satışa çıxardığı qızlar arasında azyaşlılar da var.
 
RePost.Az xəbər verir ki, “Baku TV”nin əməkdaşı həmin şəxslə əlaqə yaratmağa çalışıb.
 
““İnstagram”dan ona yazaraq xidmətlər haqqında məlumat alıb. Təkidlə nömrəsini əldə etməyə çalışsa da, o, nömrəsini verməkdən imtina edib.
 
Bank hesabına dediyi məbləği köçürdükdən sonra nömrəsini verəcəyini bildirib. Həmin şəxs əməkdaşımızın ona verdiyi suallardan hiddətlənərək qeyri-etik sözlər işlətməkdən də çəkinməib.
 
Məsələni daha dərindən araşdırmaq üçün onun dediyi məbləğ bank hesabına köçürülüb. Sonra ödənilən məbləğin qəbzi ona göndərilib. Həmin şəxs evə çatdıqdan sonra görüntülü danışacağını desə də, fikrindən daşınaraq əvəzində video atmağı təklif edib.
 
Lakin jurnalist fırıldaqçının əməllərini daha aydın üzə çıxartmaq üçün təkidlə nömrəsini istəyib görüntülü danışmağı tələb edib. Əvəzində isə həmin şəxs jurnalistin  “Instagram” "hesab"ını əngəlləyib.
 
Ətraflı videoda:
 
RePost.Az 
 


Baxış sayı: 3409 | Tarix: 26.11.2018
Bizi Telegramda izləyin: @repostaz