Azərbaycan polisi daha bir kafedə əxlaqsızlıq yuvası aşkarlayıb.
RePost.Az Daxili işlər Nazirliyinə istinadən xəbər verir ki. Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rövşən Qurbanovun şəhər ərazisindəki özünə məxsus kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
RePost.Az